Artsax Omnbudsmanı Qeğam Stepanyan dünən gecə, saat 01:30-da Stepanakert-Qoris yolunda azərbaycanlılar tərəfindən həlak olmuş hərbçilərin cəsədlərini daşıyan maşına daşların atılması barədə sosyal şəbəkələrdə yayılmış məlumatlara reaksiya verib.
Ombudsman maşının sürücüsü ilə əlaqə saxlayıb. Sürücünün sözlərinə görə, insident “Şuşi” yarımstansiyasından Berdzora qədər olan təxminən iki kilometrlik Şuşi-Lisagor hissəsində baş verib. Qatı duman səbəbilə sürücü daş atanı görmədi, amma onun sözləriylə zərbələr maşının önündən olub, buysa yolun yaxınlığındakı qayalardan sürüşmə nəticəsində avtomobilin zədələnmə ehtimalını azaldır.
“İnsidentin Şuşi şəhəri yaxınlığında baş verdiyini nəzərə alsaq, maşının azərbaycanlılar tərəfindən daşlanması ehtimalı yüksəkdir. Bu halda, bu, son bir həftə ərzində artıq ikinci dəfədir ki, kütləvi informasiya vasitələrində Azərbaycan tərəfindən ən yüksək siyasi səviyyədə əldə edilən üçtərəfli bəyanatı kobud şəkildə pozulmaqla, Artsax Respublikası və ER vətəndaşlarının fiziki təhlükəsizliyinə və mülkiyyətinə təhdid yaratmaqla bağlı məlumatlar yayılır.
Qeyd etmək lazımdır ki, maşın həlak olmuş hərbçilərin cəsədlərini daşıyırdı, yəni humanitar missiya aparırdı.
Ombudsman Artsax Respublikasının hüquq-mühafizə orqanlarının diqqətini qeydə alınmış insidentə cəlb edir və insidentin şərtlərini aşkarlamaq üçün hərtərəfli istintaq aparmağa çağırır”,- deyə Artsax Ombudsmanı qeyd edib.