Fransadakı Erməni Təşkilatlarının Koordinasiya təşəbbüsü ilə 158 siyasi və ictimai xadim Parisi Minsk qrupu həmsədrliyini gücləndirmək və Azərbaycanda saxlanılan erməni məhbusları geri qaytarmaq üçün addımlar atmağa çağırıb. Məktub müəllifləri Fransa Senatında Azərbaycanı tənqid edən bir qərar qəbul etmək niyyətindədirlər, əgər bu da kömək etmirsə, Parisdən Bakıya qarşı sanksiya tətbiq edilməsini tələb edəcəklər.
2020-ci ilin noyabrın 9-da Ermənistan, Azərbaycan və Rusiya liderlərini imzaladığı bəyanatdan dörd ay sonra Bakı həmin bəyanatının müddəalarını yerinə yetirməkdən imtina edir. Fransalı ziyalılar qeyd etdilər ki, Azərbaycan öz öhdəliklərini kobud şəkildə pozur.
Buş-du-Roni bölgəsinin deputatı Ann-Lorans Petel qeyd etdi ki, Azərbaycan qanundan kənar bir ölkədir.
“Minsk qrupu hərbi əsirləri azad etmək üçün Azərbaycana təzyiq göstərə bilər, bunun üçün siyasi iradə tələb olunur. Prezident Bayden, Prezident Putin hərbi əsirlərin geri qaytarılması üçün səylərini əsirgəməməlidir. Prezident Makron əsirlərin geri qaytarılmasından çox narahatdır. Bizim üçün aydındır ki, Azərbaycan Artsax əhalisinin vətənə qaytarılmasını istəmir, ona görə də əsirlərə zərər vermək və ya öldürmək üçün qorxu yayırlar ki, insanlar bunu görsün və Artsaxa qayıtmasınlar”,- deyə deputat qeyd etdi.
Fransa ziyalılar xatırlatdılar ki, Azərbaycan müharibə ərzində erməni mülki şəxsləri hədəfə alaraq müharibə cinayətləri törədib. Onlar vurğuladılar ki, Azərbaycan dünyada demokratiya, insan hüquqları və azadlıqlarının ən pis reytinqinə sahib olan ölkədir.
Val dı Uazi bölgəsinin deputatı Framsua Puponi də qeyd etdi ki, Fransa Parlamentində əsirlərin qaytarılmasını tələb edən qətnamə təklif edəcək.
“Əgər Azərbaycan buna da cabav verməyəcəksə, Fransa Azərbaycana qarşı sanksiya tətbiq etməli olacaq. Əliyev apardığı siyasəti erməni xalqına qarşı nifrət siyasətidir. Əliyev “erməniləri iti qovan kimi qovuruq” sözləri deyib. O, bunu 44 günlük hərbi təcavüz, bombardman və cinayətlərdən sonra dedi. Məlumatlara görə, neft diktaturasının həbsxanalarında təxminən 200 erməni əsir var”,- deyə deputat qeyd etdi.
Ron bölgəsinin deputatı Daniel Kazaryan bildirdi ki,” Human Rights Watch” təşkilatının hesabatına görə, Azərbaycan ermənilərə qarşı qeyri-insani rəftar davranış göstərir.
“Azərbaycan həm hərbi əsirləri, həm də mülki şəxsləri öldürdü. Hərbi əsirlərin qaytarılması üçün Minsk qrupu addımlar atmalıdır. Bakıya qarşı sanksiyalar tədbiq olunmalıdır. Bir daha xatırlatmalıyıq ki, müharibə ərzində Azərbaycan qadağan olunmuş silahlardan və ağ fosfordan istifadə edərək bütün qanunları pozdu”,- deyə deputat vurğuladı.