Martın 27-də saat 11:00-a olan məlumatlara görə, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 189540-a çatıb, onlardan 3450 nəfər vəfat edib. İndiyədək 170903 pasiyent infeksiyadan sağalıb.
Dünən 5753 test aparılıb, koronavirus infeksiyasına daha 891 yoluxma faktı qeydə alınıb. 332 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib.
Hazırda ölkədə 14306 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 833912 test aparılıb.