Artsax Respublikası Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin verdiyi məlumata görə, 2021-ci il martın 22-dən martın 26-dək “Minalardan Təmizləmə Humanitar Mərkəzi” Fondu Aygestan kəndi ərazisində 75 ədəd sursat tapıb ki, bunlardan da 16 iri çaplı sursat məhv edib.
Martuni bölgəsində və Martakert şəhərində işlər aparılıb. Nəticədə Martuni bölgəsi ərazisində 3045 sursat tapılıb, bunlardan 24 ədəd iri çaplı sursat məhv edilib, Martakert şəhərində isə 526 ədəd müxtəlif növ mərmi və sursat tapılıb və məhv edilib.
Hazırda işlər Aygestan, Xnatsax, Martakert bölgəsi, Martuni bölgəsinin Karmir Şuka kəndində, həm də Askeran bölgəsinin Verin və Nerkin Sznek ərazilərində davam edir.
Görülən işlərin nəticəsi olaraq 2020-ci il sentyabrın 27-dən bu günə qədər olan dövrdə respublika ərazisində 477039 ədəd müxtəlif növ mərmi və sursat tapılıb və məhv edilib.
2020-ci il noyabrın 22-dən “Minalardan Təmizləmə Humanitar Mərkəzi” Rusiya Federasiyasının müvafiq mərkəzi ilə minalardan təmizləmə işləri aparır. 2020-ci il dekabrın 7-dən isə həm də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin qrupu ilə birlikdə minalardan təmizləmə işləri aparır.