Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yaxınlaşan görüşündə əsirlərin məsələsi də müzakirə ediləcək. Bu barədə Rusiyanın Ermənistandakı səfiri bəyan edib. Sergey Kopirkinin sözlərinə görə, Azərbaycanda saxlanılan şəxslərin geri qaytarılması məsələsi də Rusiyanın prioritetlərindən biridir.
O qeyd edib: “Bu asan həll olunan məsələ deyil, amma işlər görülür, bu istiqamətdə bəzi uğurlar qeyd olunur. Əminəm ki, gələcəkdə bu məsələni ən qısa müddətdə həll etmək üçün hər şey ediləcəkdir. Mövqeyimizi bilirsiniz, və əlbəttə ki, "hamını hamıya" mübadiləsi yanaşması daha məntiqlidir. Düşünürəm ki, bu mövzu xarici işlər nazirlərinin yaxınlaşan görüşündə də müzakirə ediləcəkdir".