Artsax Respublikasının İnsan Hüquqları Müdafiəçisi martın 25-də mediada Karmir Şuka(Qırmızı bazar)-Stepanakert yolunda azərbaycanlılar tərəfindən ermənilərin maşınlarının daşlarla vurulması barədə yayılan məlumatları araşdırıb.
Ombudsman, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın pozulmasını və müəllifdən asılı olmayaraq hər cür zorakılığın təzahürünü qınayır.
Hadisənin xırdalıqlarını öyrənmək üçün hüquq mühafizə orqanları lazımi araşdırma aparmalıdır ki, bu da ilk növbədə bu kimi halları istisna etmək üçün və xüsusən onsuz da gərgin olan əhalinin məlumatlandırılma hüququnu təmin etmək üçün lazımdır.
Bu baxımdan Ombudsman Artsax Respublikası Baş Prokurorluğunun və polisin kütləvi informasiya vasitələrinin yayımlanmasına operativ reaksiyasını və iddia olunan cinayət işinin xırdalıqları barədə hərtərəfli istintaq aparmağa hazırlığı müsbət qiymətləndirir.