Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Məclisdə jurnalistlərlə sual-cavab zamanı senatorların ABŞ prezidenti Co Baydenin Erməni Soyqırımını rəsmən tanıması çağırışına toxunub. Bu barədə “ermenihaber” məlumat yayıb.
Akar qeyd edib ki, bu məsələ mart-aprel aylarında gündəmə gəlir. Türkiyə səlahiyyətlilərinin dediklərini təkrarlayaraq, qeyd edib ki, bu mövzu ilə bağlı dəfələrlə danışıblar, müzakirə ediblər, izah ediblər və izah etməyə davam edəcəklər.
Akar iddia edib ki, ABŞ Milli arxivində mövzu ilə bağlı yazılı məlumatlar var və ABŞ siyasətçiləri də daxil olmaqla bütün ziyalıları, media nümayəndələrini arxivləri araşdırmağa çağırıb.
Xatırladaq ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendesin prezident Co Baydeni Erməni Soyqırımını rəsmi olaraq tanımağa çağıran məktubuna 37 ABŞ senatoru qatılıb.