Dünən saat 13:30 raddələrində Askeran rayonu Saruşen-Karmir kənd yolunda ermənilərlə azərbaycanlılar arasında insident baş verib. Bu barədə Artsax polisi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya sülhməramlı qüvvələrinin müşayiət etdiyi azərbaycanlıların maşınlarından azərbaycanlı hərbçilər eyni yolda olan erməni maşınlarını daşlarla vurdular, nəticədə Lentruş Babayanın VAZ 21-07 markalı avtomobilin şüşəsi qırıldı.
İnstidentdən sonra L. Babayan və eyni yolla hərəkət edən başqa bir sürücü yolu bağlayaraq maşın kolonunu durdurdular və rus sülhməramlılardan və azərbaycanlı zabitdən izahat tələb etdilər.
Babayanın sözlərinə əsasən, azərbaycanlı zabit maşının fotosunu çəkib və söz verib ki, komandirlərinə xəbər verəcəkdir. Rus sülhməramlılar isə, zərərin kompensasiya olunacağını qeyd edərək hadisə üçün üzr istədilər.
Hadisənin bütün təfərrüatlarını öyrənmək üçün zərərçəkmiş şəxs polisin Askeran rayon şöbəsində dindirilib. Maşının fotoları Daxili işlər naziri Karen Sargsyan tərəfindən general Muradova göndərilib.
Sülhməramlı qüvvələr bu məsələ ilə məşğul olur.
Polisin yaydığı məlumatına görə, Rusiya tərəfi hesab edir ki, bundan sonra bu cür hallar istisna olunmalıdır.