2021-ci il fevralın 22-dən martın 24-dək BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası keçirilib.
Sessiyada ER Xİ naziri Ara Ayvazyan da iştirak edib. Nazir Ayvazyan öz çıxışında Ermənistanın İnsan Hüquqları Şurasına üzvlüyün ilk ilindəki fəaliyyətinə toxunaraq, soyqırımların qarşısının alınması, insanlığa qarşı cinayətlərə görə cəzasız qalma və nifrət sözü ilə mübarizəni mühüm sayıb. Artsaxa qarşı müharibə zamanı mülki əhaliyə qarşı Azərbaycanın törətdiyi cinayətlər, o cümlədən Türkiyənin dəstəyi ilə xarici terrorçuların iştirakı təqdim edilib. Nazir, hərbi əsirlərə, mülki insanlara işgəncə, erməni dini və mədəni irsinin məhv edilməsi və digər beynəlxalq qanunların kobud şəkildə pozulması da daxil olmaqla atəşkəsdən sonra davam edən cinayətləri də vurğulayıb. Artsax xalqının ədalət uğrunda öz gələcəyini təkbaşına seçməsi üçün mübarizə aparmasının vacibliyi vurğulanıb.
Fevralın 26-da BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet şuranın gündəminin 2-ci bəndinə əsasən Dağlıq Qarabağ münaqişəsinə toxunub və xüsusən də bildirib ki, Dağlıq Qarabağa giriş əldə etmək üçün səy göstərməyə davam edir. O qeyd edib ki, bütün beynəlxalq hüquq pozuntuları araşdırılmalı, günahkarlar cəzalandırılmalı və qurbanlara təzminat verilməlidir. İnsan Hüquqları üzrə Ali Komissar həm də vurğulayıb ki, bütün əsir götürmüşlər beynəlxalq hüquqa əsasən qorunmalı və insanpərvər davranılmalıdır.
Bəyanatdan sonrakı ümumi müzakirə zamanı Ermənistan və bir sıra digər ölkələr Artsaxda Azərbaycan tərəfindən əsir götürülmüş hərbçilərin və mülki şəxslərin hüquqlarının qorunması məsələsini qaldırdılar. Şimali Makedoniya, Çernoqoriya, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Lixtenşteyn, Portuqaliya AB-a üzv iyirmi yeddi dövlətin adından, Ermənistan ümumilikdə 34 ölkə adından danışaraq məsələyə toxunublar.
İnsan Hüquqları Şurasının 46-cı sessiyası zamanı Ermənistan 6 qətnamənin müəlliflərindən biri olub və təcili insan hüquqları məsələləri ilə bağlı 11 birgə bəyanata qoşulub.
Sessiyada ER-nın BMT-nin Cenevrədəki ofisindəki daimi nümayəndəliyi çıxış edərək, ölkənin insan hüquqları ilə bağlı prioritetlərini təqdim edib. Gündəmin ümumi və ayrı-ayrı müzakirələrində erməni tərəfi Artsaxa qarşı müharibə zamanı Azərbaycanın törətdiyi müharibə cinayətlərini, insan haqlarının və beynəlxalq humanitar hüquqların pozuntularını təqdim edib. BMT-yə üzv dövlətlərin diqqəti Azərbaycanın hərbi əsirlərə, girov götürülmüş mülki şəxslərə qarşı öhdəliklərini yerinə yetirməməsi, yerli erməni dini və mədəni irsinin hədəfi məhv edilməsi, Artsaxa doğru beynəlxalq təşkilatların girişinə maneə olması, köçürülmüş şəxslərin hüquqlarının pozulması siyasətinə və ermənilərə qarşı irqçi, ayrıseçkilik və nifrət dolu münasibətə cəlb edilib. Türkiyənin Artsaxa qarşı müharibədə iştirakı və muzdlu terrorçuların istifadəsi barədə ətraflı məlumat verilib. ER nümayəndələri, Azərbaycanda təməl azadlıqların məhdudlaşdırılmasına, hüquq müdafiəçilərinin təqibinə, qətllərə də toxunublar. ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində Artsax xalqının əsas azadlıqlarına hörmət və öz müqəddərat hüququna hörmət əsasında aparılan danışıqlar prosesi yolu ilə erməni tərəfinin münaqişənin sülh yolu ilə həllinə sadiq qalması bir daha təsdiqlənıb. Yuxarıda göstərilən məsələlər üzrə Ermənistanın Daimi Nümayəndəliyi bir sıra müraciətlər, məlumat materialları və hesabatlar paylayıb.
BMT-nin İnsan Hüquqları Şurasının növbəti iclası bu ilin iyun ayında baş tutacaq.