Ermənistanda son sutkada daha 1005 nəfərdə COVID-19 aşkarlanıb. 433nəfər sağalıb.
Bu barədə ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 188446-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 3434-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 876 nəfərdir. İndiyədək 170160 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 13976 aktiv koronavirus xəstəsi var. İndiyədək 828159 test aparılıb.