ER Parlamenti 112 lehinə səslə Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul etdi. Layihədə xəyanət və casusluq cəzasının sərtləşdirilməsi təklif olunur.
Cari Cinayət Məcəlləsində vətənə xəyanətə görə 299-cu maddənin 1-ci hissəsi ilə 10-15 il həbs nəzərdə tutulur.
Layihənin müəllifləri deputat Vahe Enfiacyan, Naira Zohrabyan və İveta Tonoyan cəzanı 15-20 il və əmlakı müsadirə olunmaqla, ya da ömürlük həbslə dəyişdirməyi təklif edir. Casusluq üçün isə cəza 12-20 il və ya ömürlük həbs olacaqdır.