Azərbaycanlılar Artsaxın işğal olunmuş ərazilərində erməni mədəni irslərini məhv etməyə davam edirlər. Azərbaycan tərəfi işğal olunmuş Hadrut rayonun Mexakavan kəndindəki Müqəddəs Mariam Astvatsatin kilsəsini yerlə-yeksan edib.
BBC Mexakavanda çəkilişlər aparıb. Jurnalist Jona Fişer işğaldan sonra azərbaycanlı hərbçiləri tərəfindən təhqir olunmuş Müqəddəs Mariam Astvatsatsin kilsəsini çəkmək istəyib.
Jurnalistin kilsənin harda olduğuna dair sualına cavab olaraq azərbaycanlı polis deyib ki, kilsə haqqında məlumatları yoxdur.
Britaniyalı jurnalist telefonla lokasiyanı taparaq operatorla oraya getdi. Ancaq Müqəddəs mariam Astvatsatsin Kilsəsinin yerləşməli olduğu təpə artıq boş idi. Orada sadəcə kilsənin daşları var idi.
Jona Fişer kilsəsinin lokasiyanı müqayisə edərək, eyni yerdə olduqlarına əmin olub. Kilsənin yeri eyni idi, lakin kilsə artıq yox idi. Britaniyalı jurnalistin yeni suallarına cavab olaraq polis deyib ki, müharibə zamanı məhv edildi.
“Bu kilsə müharibə zamanı məhv edilə bilməz, çünki videolar var və görünür ki, buraya azərbaycanlılar gəliblər”,- deyə Fişer deyib.
Jurnalist Bakıda Azərbaycanın prezidenti İlham Əliyevin müşaviri Hikmət Hacıyev ilə görüşdə kilsənin 2017-ci ildə və hazırda etdiyi şəkillərini göstərərək, qeyd etdi ki, kilsə tamamilə dağıdılıb.
Buna cavab olaraq, Hacıyev sadəcə deyib ki, guya bundan xəbərdar deyildir.