Ermənistanda son sutkada daha 1 257 nəfərdə COVID-19 aşkarlanıb. 242 nəfər sağalıb.
Bu barədə ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 187 441-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 416-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 871 nəfərdir. İndiyədək 169 727 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 13 427 aktiv koronavirus xəstəsi var. İndiyədək 822 634 test aparılıb.