ER XİN mətbuat katibi azərbaycanlılar tərəfindən Müqəddəs Astvatsatsin kilsəsinin məhv edilməsiə dair bəyanat yaydı.
“Bu gün “BBC” informasiya agentliyi Mexakavan yaşayış məntəqəsinin yaxınlığındakı Zoravar Atsvatsatsin kilsəsinin yerlə-yeksan edilməsinə dair videolar yaydı. Bu hadisə, rayonun Azərbaycanın nəzarəti altına keçdikdən sonra baş verib. Bu həmin kilsə Azərbaycanın Artsaxa qarşı başlatdığı son təcavüz zamanı də təhqirə məruz qalıb.
Azərbaycan tərəfindən dini nifrət zəminində törədilən bu növbəti cinayəti qətiyyətlə pisləyirik. Eyni zamanda Azərbaycan rəhbərliyinin bu barbarlığı əsaslandırma cəhdləri daha da narahat doğurur. Bu bir daha göstərir ki, bu növbəti vandalizmin təzahürünün qəsdən xarakteri var və Naxçıvanın tarixi və mədəni irsinin sistematik şəkildə məhv edilməsini xatırladır”,- deyə bəyanatda qeyd olunur.
XİN bəyanatında vurğulanır ki, ilk dəfə deyildir ki, müharibədən sonra Azərbaycan ibadət yerilləri dağıdır.
“Artsax Respublikasının Şuşi şəhərində 200-dən çox tarixi olan Kanaç jam kilsəsinin dağıdılması sübut edir ki, Azərbaycan tərəfindən keçirilən vandalizm sadəcə bir meyara əsaslanır, bu meyara xristian erməni xalqına qarşı nifrətdir.
Erməni tarixi və dini irsinin məhv edilməsi Azərbaycan hakimiyyətinin xristian dəyərlərinin qorunması ilə bağlı verdiyi təminatların boş olduğunu göstərir. Beynəlxalq ictimaiyyət Azərbaycanın ötən ilin sentyabrın 27-dən başlatdığı və indiyə kimi davam edən cinayətləri, o cümlədən mədəni soyqırımın dayandırılması və pislənməsi istiqamətində addımlar atmalıdır”,- deyə bəyanatda qeyd olunur.