Azərbaycanda son sutkada koronavirus infeksiyasına (COVİD-19) 1429 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər ölüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 548 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycanda indiyədək ümumilikdə 250921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər ölüb, aktiv xəstə sayı 13118 nəfərdir. Son sutkada 8760, hazırkı dövrədək isə 2807 861 test aparılıb.