İtaliyanın hakim koalisiyasından olan “Leqa” partiyasının lideri, senator Mateo Salvini Senatda çıxış edərkən bildirib:
“Əlbətdə ki, siz türk rejimini yaxşı davranmağa məcbur edərək bir möcüzə yaratmağa çalışırsınız, amma xatırlatmaq istəyirəm ki, bu rejim yalnız qadınlar hüquqlarını deyil, istənilən azadlıqları (hətta tarixi həqiqətləri) pozur və Soyqırımın tanınması ilə ermənilər üçün ədalət bərpa olunmasa, düşünürəm ki, tarix haqqında danışanları həbs edənlərlə eyni masada otura bilmirik”.
Soyqırımla bağlı Salvininin sözləri zalda alqışlarla qarşılandı.