Martın 24-nə olan məlumatlara əsasən, Erməmnistanda son sutkada daha 1164 nəfər koronavirusa yoluxub, 313 nəfər isə sağalıb.
Bu barədə ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 186184-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3398-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 862 nəfərdir. İndiyədək 169485 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 12436 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 817406 test aparılıb.