Amerika Birləşmiş Ştatları Azərbaycanda son əfv sərəncamı ilə vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin və Nardaran haidəslərindən sonra həbs edilən insanların əfv edilməsini alqışlayır.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin rəsmi internet səhifəsində yayılan bəyanatda deyilir.
“Azərbaycanı əlavə müsbət addımlar atmağa və əsas azadlıq hüquqlarından istifadə etdikləri üçün həbsdə olduqları hesab edilən digər şəxsləri də azad etməyə çağırırıq”,-bəyanatda vurğulanır.
Xatırladaq ki, martın 18-də Azərbaycan prezidentinin sərəncamı ilə 625 nəfər əfv edilib. Əfv edilənlərin 38 nəfəri hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərdir. Hüquq müdafiəçiləri hazırda əllidən yüzədək siyasi məhbus kimi tanıdıqları şəxsin həbsdə qaldığını bildirir.