Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali komissarı Cozef Borrell və Avropa Komissiyası martın 25-26-da keçiriləcək AB sammiti ərəfəsində, Türkiyə haqqında hesabat hazırlayıblar, bu da Türkiyə mətbuatında aktual mövzuya çevrilib. Bu barədə “ermenihaber” məlumat yayıb.
Hesabatda qeyd olunur ki, AB namizəd ölkəsi olan Türkiyə ilə daha dərin ticarət əlaqələri qurmaq üçün danışıqlara ehtiyac var.
Həm də vurğulanır ki, Türkiyə, suriyalı qaçqınlara sığınacaq vermək üçün daha çox maliyyə yardım almaq, AB ilə viza rejimini ləğv etmək, daha yüksək səviyyəli diplomatik təmaslar qurmaq, genişləndirilmiş çərçivədə gömrük ittifaqına qoşulmaq üçün insan hüquqlarını hörmət etməlidir və Kiprdə və Şərqi Aralıq dənizindəki karbohidrogen ehtiyatlarının hüquqları məsəsləsində daha çəvik olmalıdır (güzəştlərə getməlidir)”- deyə hesabatda deyilir.
Türkiyə mətbuatının yazdığına görə, hesabatın mətni “şantajla doludur”. Üstəlik, AB bu "təhdidlərlə" məhdudlaşmır, Türkiyəyə təzyiq göstərmək üçün "sanksiya şantajına" müraciət edir.
Brüssel, rəsmi Ankaranın hərəkətləri AB maraqlarına zidd olarsa, Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
Türkiyə mətbuatına görə, sanksiyalar kiçik miqyaslı olacaq və ehtimal ki, yalnız enerji və turizm sektorları əhatə edəcək.