Hərbi əməliyyatlar zamanı həlak olmuş və indiyədək itkin sayılan hərbi qulluqçuların axtarış işləri bu gün Hadrut rayonunda davam edilir. Bu barədə Artsax Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən məlumat verilir.
Müharibədən sonra Azərbaycan tərəfindən işğal olunmuş Artsaxın bütün rayonlarında, yaşayış məntəqələrində və mövqelərdə aparılmış axtarış nəticəsində tapılan və Azərbaycan tərəfindən qaytarılan cəsədlərin ümumi sayı 1 518-dir. İlkin məlumatlara əsasən, onlardan 23 nəfər mülki şəxsdir.