Avropa Şurasının Cənubi Qafqazla münasibətlərinin nümayəndə heyətinin sədri Marina Kalyurand, Ermənistan üzrə məruzəçi Andrey Kovaçev və Azərbaycan məsələlər üzrə məruzəçi Jelyana Zovko Azərbaycanı ölkədə saxlanılan bütün əsirləri azad etməyə çağırıblar.
“ “Human Rights Watch” təşkilatının hesabatında Azərbaycan tərəfinin çoxsaylı erməni əsirlərə pis rəftara dair iddiaları bizi ciddi şəkildə narahat edir. Biz Azərbaycanı bütün bu iddiaları araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq.
Beynəlxalq humanitar hüquq qorunmalıdır. İşgəncə, alçaldıcı rəftar və ya digər qeyri-insani rəftarı qadağan etmək lazımdır.
Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycan hökuməti o ölkədə saxlanılan şəxslərin saxlanma şəraiti, sağlamlıq vəziyyəti və geri qaytarılması üçün görülən tədbirlər barədə məlumat verməsini məcbur edən AİHM-in müvəqqəti xarakterli tədbirini yerinə yetirməyib.
Bir daha Azərbaycanı 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq ölkədə qalan bütün digər erməniləri dərhal azad etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.