Martın 23-də Ermənistan Respublikasının Müdafiə naziri Vağarşak Harutyunyan Rusiya Federasiyasının Müdafiə naziri, Ordu generalı Sergey Şoyqu ilə telefon danışığı aparıb.
İki müttəfiq ölkələrin müdafiə nazirləri Ermənistan Silahlı Qüvvələrində genişmiqyaslı islahatların əsas istiqamətlərini, Ermənistan-Rusiya hərbi əməkdaşlığını, xüsusən də birgə qoşunların əməliyyatları ilə bağlı məsələləri, habelə Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı missiyasının prosesini müzakirə ediblər. Telefon danışığı zamanı Syunikdə görülən təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilib.
Vağarşak Harutyunyan və Sergey Şoyqu bölgədəki hərbi-siyasi vəziyyəti də müzakirə ediblər.