Artsax Respublikasının Parlamentinin sədri Artur Tovmasyan BMT-nin baş katibi Antonio Gutareş, UNESCO-nun baş sədri Odri Azuel, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjes Kasprşik və Dünya Kilsələri Şurasına müraciət etdi. Artsax Respublikasının Parlamentinin sədri qeyd etdi ki, Azərbaycan tərəfi üçtərəfli bəyanata baxmayaraq Artsaxın işğal olunmuş ərazilərdə mədəni və dini abidələri məhv edir.
“Hələ 1920-ci illər Azərbaycanın erməni mədəni və dini irsini qəsdən məhv edilməsi ilə bağlı faktlar var. Azərbyacan 2020-ci ildə 44 günlük müharibə ərzində və bundan sonra da Artsaxın işğal olunmuş ərazilərdə ermənilərin tarixi abidələrinə, ibadət yerlərinə, habelə Böyük Vətən müharibəsi və Birinci Artsax müharibəsi zamanı həlak olan şəxslərin xatirə abidələrinə qarşı yeni miqyaslı vəhşiliklər həyata keçirməyə başladı”,- deyə Parlamentinin sədri qeyd etdi.
Artur Tovmasyan vurğuladı ki, Artsax Azərbaycandan fərqli olaraq həmişə mədəni irsi qoruyub-saxlayıb. 2019-cu ildə Artsax Respublikasının Şuşidəki İran məscidi bərpa edilib.
Artsax Respubliaksının Parlamentinin sədri UNESKO-nun fakt araşdırma missiyasının Artsaxda və ətraf ərazilərdə ən qısa müddətdə həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını bildirdi.
Artsaxın zəngin mədəni və dini irsi, dünya mədəni irsinin ayrılmaz hissəsidir. Buna görə də, Azərbaycanın tərəfindən mədəni irsinin qəsdən məhv edilməsi bütün mədəni bəşəriyyətə bir çağırışdır. O, Azərbaycan tərəfindən erməni mədəni irsinin məhv edilməsinin qarşısını almaq üçün səmərəli addımlar atmağa çağırırıb.
“Xatırlatmaq istəyirik ki, Arstaxın işğal olunmuş ərazilərdə erməni mədəni və mədəni irsinin qorunması olmadan münaqişənin həlli, bölgədəki davamlı və uzunmüddətli sülh ola bilməz”,- deyə Tovmasyan vurğuladı.