Amerikalı "Eurasia Group" şirkətinin rəhbəri, tanınmış erməni əsilli politoloq Ien Bremer “Twitter” mikrobloqunda yazıb ki, Co Bayden aprelin 24-də Erməni Soyqırımını rəsmən tanıyacaq. Analitikin sözlərincə, Ağ Evin müşavirlərindən birinə aprelin 24-də Erməni Soyqırımının tanınmasının gözlənilən olub-olmadığını soruşub. "O, prezidentliyə namizəd olaraq vəd edib. Bu, onun həyata keçirdiyi siyasətdir"- deyə Ağ Ev rəsmisi cavabında qeyd edib.
Bremer, Türkiyə ilə münasibətlərdə tanınmağa kömək edən bir sıra ikitərəfli məsələlərə diqqət yetirib. Onun sözlərinə görə, keçən həftə 38 senatorun məktubu Ağ Evi Erməni Soyqırımın tanınmasına daha da yaxınlaşdırıb. "Bu rəhbərlik, insan hüquqlarını dəstəkləməli və bu cür cinayətlərin təkrarlanmamasını təmin etməlidir. Bunun ən vacib hissəsi tarixi hadisələrin pislənməsi olacaq" – deyə Bremer yazıb.