BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının 19 mart iclasında, ER İnsan Hüquqları Müdafiəçisinin xüsusi video mesajı yayımlanıb. Video müraciətində qeyd olunur ki, 2020-ci ilin sentyabr-noyabr aylarında olan müharibə zamanı Azərbaycan SQ etnik təmizləmə və soyqırım siyasəti həyata keçiriblər.
Vurğulanıb ki, Azərbaycanda mədəniyyət, idman və digər ictimai xadimlər tərəfindən təşviq edilən, hakimiyyət orqanlarının dəstəyi ilə anti-ermənilik siyasəti davam edir.
Bütün bunlar obyektiv dəlillərə əsaslanır.
Videoda vurğulanır ki, sentyabrın 27-dən bəri həm Azərbaycan, həm də Türkiyə mediasında və sosial şəbəkələrdə aparılan monitorinqlərdə erməni uşaqlarını da hədəf alan kütləvi nifrət, qətl, zorakılıq və işgəncə çağırışları qeydə alınıb.
Ermənilərə qarşı etnik cinayətlər Azərbaycan hakimiyyəti tərəfindən təşviq olunur və bu, AİHM qərarları ilə təsdiqlənir.