ER Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan The Human Rights Watch təşkilatının hesabatına münasibət bildirdi.
“The Human Rights Watch erməni hərbi əsirlərə qarşı törədilmiş müharibə cinayətlərini sənədləşdirdi. Hesabatda qeyd olunduğu kimi, Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquq pozuntuları girovluqda olan hərbi əsirlər və mülki şəxslərə qarşı qəddar, alçaldıcı rəftar və işgəncələr ilə müşayiət olundu.
Hesabatda həmçinin vurğulanır ki, bir çox erməni hərbçi son dəfə Azərbaycanda girovluqda görüldü, lakin Azərbaycan onlar barədə məlumat vermədi. Buysa yalnız hərbi qulluqçular arasında deyil, eyni zamanda əsir götürülmüş mülki şəxslər arasında da məcburi itkin düşmə ehtimalının yüksək olmasından xəbər verir.
Atəşkəsdən dörd ay sonra, erməni hərbi əsirlər və mülkilərin girovluqda qalması açıq şəkildə göstərir ki, Azərbaycan beynəlxalq humanitar hüquqları pozmağa davam edir.
Erməni hərbi əsirlərə qarşı sistematik göstərilən qəddar rəftar və işgəncə bəşəriyyətə qarşı cinayətlərlə eyniləşdirilə bilər".