“44 gün qəhrəmanlıq və fədakarlıqla davam edən müharibədən sonra ölkəmizin və Artsaxın təhlükəsizlik sistemini bərpa etmək və möhkəmləndirmək üçün başlanmış işlərin davamını təmin etmək, xarici təhdidlərini aradan qaldırmaq üçün ER Silahlı Qüvvələri qarşısına qoyulan tapşırıqlarını yerinə yetirir və yetirəcəkdir”.
Bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan söyləyib.
Davtyan vurğulayıb ki, Erm’nistan Silahlı Qüvvələri, Konstitusiyaya uyğun olaraq hökumətə tabedir və Ermənistan Respublikasının müdafiəsini, təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün müstəsna məsuliyyəti rəhbər tutaraq, siyasi məsələlərdə neytrallığını saxlayacaqdır.