Martın 22-nə olan məlumatlara görə, Ermənistanda son sutkada daha 506 nəfər COVID-19-a yoluxub, 432 nəfər sağalıb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 184219-a çatıb.Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 3360-a yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 860 nəfərdir. İndiyədək 168721 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 11278 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 808355 test aparılıb.