Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 670 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər ölüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 211 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycanda indiyədək ümumilikdə 246974 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233087 nəfər müalicə olunaraq sağalıb, 3366 nəfər ölüb, aktiv xəstə sayı 10521 nəfərdir.
Ölkədə son sutka ərzində 5928, hazırkı dövrədək isə 2782463 test aparılıb.