Almaniyan Bundestaqının üzvü Karin Ştrents Kubadan Almaniyaya uçarkən təyyarədə öldü. Bu barədə DW agentliyi məlumat yayıb.
Almaniyanın Xristian Demokrat Partiyasının (CDU) deputatı uçuş zamanı huşunu itirdi və təyyarə Dubayda təcili eniş etdi, amma həkimlər Ştrentsin həyatını xilas edə bilmədi.
Xatırladaq ki, yanvar ayının sonlarında Bundestaq Karin Ştrentsi toxunulmazlıqdan məhrum etmişdi. Deputat rüşvət alıb Azərbaycanın maraqlarına lobbiçilik etməkdə günahlandırılırdı.