Artsax Respublikasının Xarici İşlər Nazirliyi 1920-ci ildə Şuşi şəhərində erməni əhaliyə qarşı törəedilən qırğınlarla bağlı bəyanat yaydı.
Bəyanatda qeyd olunur ki, 101 il əvvəl Azərbaycan Respublikasının hakimiyyəti, türk ordusu çoxsaylı silahlı dəstələr ilə əməkdaşlıq edərək Şuşinin erməni əhalisini qırğını təşkil edərək Artsaxın tarixi paytaxtını tamamilə məhv etdilər.
“Şuşi soyqırımı süni “Azərbaycan” deyilən dövlətinin Artsaxa qarşı işğalçı siyasətinin ilk təzahürü idi.
Bu dəhşətli cinayət nəticəsində minlərlə erməni öldürüldü, on minlərlə insan şəhərdən qaçmağa məcbur edildi, erməni mədəni irsi məhv edildi, insanların əmlakı talan edildi, müqəddəs yerlər təhqir edildi.
Bu faciəli hadisə Azərbaycanın daha sonra qəbul edəcəyi siyasət üçün təkan oldu. İnsanlığa qarşı nifrət siyasətinin davamı 1988-ci ildən bəri Azərbaycan tərəfindən erməni xalqına qarşı dövlət səviyyəsində keçirilən nifrətlə dolu siyasətdir. Bu isə, zülm, etnik təmizləmə və qırğınlarla müşayiət olundu.
Bəyalxalq ictimaiyyətinin tərəfindən Bakı və Ankaranln soyqırım siyasətinin pislənməməsi və cinayətkarların cəzasız qalması 2020-ci ilin sentyabr ayında Azərbaycanın Türkiyənin dəstəyi ilə və beynəlxalq terrorçuların iştirakı ilə Artsaxa qarşı yeni hücumuna səbəb oldu.
1920-ci ildə Şuşidəki erməni əhalisinin qırğınları və 2020-ci ildə Şuşi şəhərinin işğalı yalnız Artsaxın erməni xalqına qarşı apardığı soyqırım siyasətinin təzahürü deyil, eyni zamanda insanlığa qarşı bir cinayətdir. Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.
Artsax erməniləri Şuşinin işğalı ilı heç vaxt barışmayacaq. Şuşi həmişə Artsaxın ayrılmaz tərkib hissəsi idi, hissəsidir və elə olacaq. Artsaxın işğal olunmuş ərazilərinin işğaldan azad edilməsi və tarixi ədalətin bərpası üçün hər cür səy göstəriləcəkdir”,- deyə bəyanatda qeyd olunur.