2020-ci ilin noyabrın 9-da Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatın çərçivəsində Rus sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasını dəstəkləməyə davam edir.
Rus sülhməramlılarının müşayiəti ilə erməni zəvvarlar Dağlıq Qarabağdakı Dadivank və Amaras monastırlarını ziyarət edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, rus sülhməramlılarının müşahidə məntəqələrindən biri təhlükəsizliyi təmin etmək üçün Dadivank monastrın yaxınlığında qurulub. Qeyd olunur ki, Dadivank, ən qədim xristian monastırlarından biridir və üçtərəfli bəyanatla Azərbaycanın nazarətinə keçən Karvaçar rayonundadır.
“Rus sülhməramlıları, Artsaxda tərəflərin demarkasiya xəttinə yaxın olan Amaras monastırına gedən bir qrup zəvvarın təhlükəsizliyini də təmin edib” – deyə məlumatda vurğulanıb.
Son günlərdə Rusiya sülhməramlılarının müşayiəti ilə 100-dən çox erməni Artsaxın Amaras və Dadivank monastırını ziyarət edib.