Ermənistanda son sutkada daha 586 nəfər COVID-19-a yoluxub, 312 nəfər sağalıb.
Bu barədə ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 183 713-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 3 348-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 857 nəfərdir. İndiyədək 168 289 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 11 219 aktiv koronavirus xəstəsi var. İndiyədək 804 602 test aparılıb.