ER Baş naziri Nikol Paşinyan İran İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xameneiyi və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyi Novruz bayramı münasibətilə təbrik etdi.
“Sizi və dost İran xalqını Novruz münasibətilə təbrik edirəm. Qoy gələn il İran üçün hər sahədə uğurlar, sülh və firavanlıq ili olsun”.
Dərin tarixi köklərə malik iki dost xalqımızın qarşılıqlı əməkdaşlığı bölgədəki son hadisələrdən sonra daha da vacib oldu.
Bölgədəki son inkişaflar ikitərəfli proqramların həyata keçirilməsi üçün daha çox səy göstərilməsini tələb edir.
“Qoy bu qədim bayram öz gəlişi ilə dost İrana sülh və firavanlıq gətirsin! Əminəm ki, yeni geopolitik reallıqlardan iki dost ölkəmizin və xalqımızın mənafelərini irləsi sürmək üçün istifadə edəcəyik. Zati-alinizə möhkəm cansağlığı və uğurlar, dost İran xalqına firavanlıq və əmin-amanlıq diləyirəm”,- deyə Nikol Paşinyan vurğuladı.