Kanada hökuməti, keçən il PUA-ların texnologiyası Türkiyəyə satdı və Azərbaycanın 2020-ci ildə Ermənistana qarşı müharibəsi zamanı bundan istifadə etdi.
“The Jerusalem Post” yazır ki, sənədlərə görə, Tryudonun hökuməti pilotsuz uçuş aparatları t üçün nəzərdə tutulan “Wescam” optikasını Türkiyəyə təhvil verdi.
Qəzet qeyd edir ki, Kanada 2019-cu ildə Türkiyəyə silah satışını dayandırdı, ancaq 2020-ci ildə Kanada Baş Nazirinin Türkiyə prezidenti ilə görüşündən sonra ehtiyat hissələrinin satışını davam etdi.
2020-ci ildə Qarabağ müharibəsi zamanı çox sayda Türkiyə istehsalı olanPUA-lardan istifadə olunub. Pilotsuz uçuş aparatlarının istifadəsi böyük yanğınlara səbəb olub.
Dağlıq Qarabağ müharibəsində PUA-lar texnologiyalarından istifadə etdikləri üçün sadəcə Kanada və Türkiyə deyil, İsrail də tənqid olunub. Müharibə zamanı İsrail istehsalı olan “ORBİT1” və “Harop” PUA-larından da istifadə olunub.
Qəzet yazır ki, Ermənistan hakimiyyəti İsrail pilotsuz təyyarələrinin düşmənə satılması ilə bağlı kəskin narazılığını bildirdi.