Amerikanın dini etiqad azadlığı üzrə orqanı USCIRF Amerikanın dini etiqad azadlığı üzrə orqanı USCIRF illik hesabatını yaydı. 2020-ci ildə Amerikanın dini etiqad azadlığı üzrə orqanı missiyası yerindəcə vəziyyətlə tanış olmaq üçün Azərbaycana səfər etdi. İllik hesabatda Dağlıq Qarabağla münaqişəsi ilə bağlı hissələr də var.
Hesabatın müəllifləri bu yaxınlarda Azərbaycanın bir sıra siyasi məhbusları, o cümlədən 31 dini fəalı əvf edib azad edəcəyi barədə xəbəri alqışlasalar da, ölkədə dini etiqad azadlığının ölkənin problemli qanunvericiliyi, xüsusən də "hökumətin yenidən baxmaq istəmədiyi 2009-cu il tarixli "Dini etiqad azadlığı haqqında" qanunu ilə hələ də ciddi şəkildə məhdudlaşdırıldığını" qeyd ediblər.
Hesabat Dağlıq Qarabağ münaqişə kontekstində baş verən pozuntulara da toxunub.
Hesabata görə, 2020-ci ilin sentyabr ayında Dağlıq Qarabağda başladılan hərbi əməliyyatlar zamanı Ermənistan Azərbaycanı Şuşidəki Müqəddəs Ğazançetsots Kilsəsinin hədəfli şəkildə bombardmanında ittiham etdi. Qeyd olunur ki,bu hadisə araşdırılmalı və cinayətkarlar məsuliyyətə cəlb edilməlidir.
Amerikanın dini etiqad azadlığı üzrə orqanının illik hesabatında onu da qeyd olunur ki, Hadrutdakı erməni kilsəsinin qəbiristanlığı vandalizmə məruz qalıb.