“Biz yalnız faktlar və bu faktlardan irəli gələn sualları təqdim edirik: Bu, etnik-dini zəmində hakimiyyətin ən yüksək səviyyəsində göstərilən nifrət, Artsaxda etnik təmizləmə və soyqırımı siyasətinin sübutu və faşist münasibət deyilsə, nədir?
Artsaxın Hadrut rayonunun Tsakuri kəndindəki 12-ci əsrdən qalan "Surb Astvatsatsin" erməni kilsəsinə səfəri zamanı Azərbaycan prezidentinin çıxışını təqdim edirik:
"Bura Alban kilsəsidir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər (...) Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar".
Tsakuridəki 12-ci əsrdən qalan "Surb Astvatsatsin" kilsəsi kəndin keçmiş monastır kompleksi Tsağkavankdır. Ondan sadəcə "Surb Astvatsatsin" kilsəsi qalmışdır. Xaçdaşlara əsasən, o 1198-ci ildəndir və dəyirmi qapıları ilə fərqlənir. Kilsə Artsaxın orta əsr memarlığı və mədəniyyətinin şah əsəridir.
Bir neçə gün əvvəl də Azərbaycanın nəzarətində olan Şuşi şəhərindəki Müqəddəs İohann kilsəsinin (xalq arasında Kanaç Jam adı ilə tanınır) dağıdıldığı təsdiqləndi. Üstəlik, kilsə müharibə zamanı, silahlı hücumlar zamanı deyil, bunlardan sonra dağıdıldı.
Bu faktlar 2021-ci il martın 18-də ER Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada da təsdiqləndi.
ER Ombudsmanı bu faktların qeydlərini müvafiq beynəlxalq qurumlara göndərəcəkdir.
Ancaq xüsusilə qeyd edirik ki, illərdir Azərbaycanda ən yüksək dövlət səviyyəsində ermənilərə qarşı nifrət və düşmənçilik bu şəkildə təşviq olunur və bu, yalnız etnik deyil, həm də dini xarakter daşıyır.
Bu bəyanatda təqdim olunan faktlar açıq şəkildə sübut edir ki, Artsaxda 2020-ci ilsentyabr-noyabr aylarında baş verən müharibə dövründə Azərbaycan hakimiyyəti etnik təmizləmə və soyqırım siyasətini həyata keçirdi və bütün bunlar bu gün də davam edir.
2016-cı ilin aprel və 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən müharibələr zamanı Azərbaycan əsgərləri, Azərbaycan prezidentinin bu cür çıxışları və sözlərindən ilhamlanaraq, erməni hərbi qulluqçularına və mülki şəxslərə işgəncə verir, başlarını kəsir və digər vəhşiliklər edirdilər”,-deyə ER Ombudsmanı yazıb.