Ermənistanda kürdlərin icmasının nümayəndələri bu gün “Azatutyun” meydanında toplaraq “Öcalan Yaşasın”, “Türkiyə, terrorçu”, “Ərdoğan, faşist” şüarları səsləndirərək BMT-nin ER-dəki ofisinə doğru yürüş keçirib. Kürdlər, Türkiyə mediasından öyrəniblər ki, Türkiyə hakimiyyəti tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş lider Abdullah Öcalan ölüb.
Beynəlxalq ictimaiyyəti Türkiyənin hərəkətləri barədə susmamağa, Öcalanın vəkillərinin Öcalanın səhhətini öyrənmək üçün həbsxanaya getmələrinə kömək etməyə çağırıblar.