Azərbaycan Silahlı Qüvvələri son müharibə nəticəsində girov götürülmüş erməni hərbi əsirlərə həm əsirlikdə, həm də istintaq təcridxanalarında işgəncə verdi.
Human Rights Watch beynəlxalq insan haqları təşkilatının bəyanatında qeyd olunur ki, erməni hərbçilərə qarşı vəhşicəsinə rəftar və işgəncə halları müharibə cinayətidir.
“Azərbaycan hakimiyyəti pis rəftarla bağlı bütün iddiaları araşdırmalı və günahkarları məsuliyyətə cəlb etməlidir. Azərbaycan saxlanılan mülki şəxslər də daxil olmaqla bütün digər hərbi əsirləri dərhal azad etməlidir. Həmçinin statusu bilinməyən, lakin son dəfə Azərbaycan həbsxanalarında görünən hərbi qulluqçuların, mülki şəxslərin yeri barədə məlumat verilməlidir”,-bəyanatda deyilir.