Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə İstanbulda görüşüb. Məlumatı “Reuters” yayıb.
Tərəflər Türkiyə-İran əlaqələri, regional və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər.
Danışıqlarda Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.