Martın 19-da saat 11:00-a olan məlumatlara görə, Ermənistanda koronavirus infeksiyasına daha 891 yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla, Ermənistanda yoluxanların ümumi sayı 182056-ya çatıb. İndiyədək 167518 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 10367 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 793678 test aparılıb.