Martın 19-da ER Xİ naziri Ara Ayvazyan video formatında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet ilə söhbət edib.
Söhbət zamanı iki tərəfdən Ermənistan ilə BMT-nin İnsan haqları ofisi arasında mövcud sıx məkdaşlığı vurğulanıb. Bununla bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı BMT-nin İnsan hüquqları üzrə Şurasının üzvü olan Ermənistanın insan hüquqları gündəminin inkişafında rolunu yüksək qiymətləndirib.
Gündəliyin əsas mövzularından biri münaqişə vəziyyətində insan hüquqlarının qorunması idi. Xİ naziri Artsaxdakı humanitar vəziyyət və təcili məsələlərin həlli üçün atılan addımlar barədə Ali Komissara məlumat verib. Tərəflər humanitar yardım prosesinin siyasiləşməsindən və süni əngəllərin yaranmasından narahatlıqlarını ifadə ediblər.
ER Xİ naziri və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı beynəlxalq humanitar hüquqları pozuntularının davamlı olaraq istisna edilməsinin vacibliyini vurğulayıb. Bu çərçivədə nazir Ayvazyan, Azərbaycan tərəfindən, xüsusən də erməni əsirlərinin və girovlarının dərhal vətənə qaytarılmasını baxımından humanitar öhdəliklərinin qəsdən pozulmasını qınayıb.