Artsax Respublikasının Xarici İşlər Nazirliyi İlham Əliyevin Artsaxın işğal altında olan ərazilərə səfəri ilə bağlı bəyanat yaydı.
“Azərbaycanın prezidenti İlham Əliyev, Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinə yönlənmiş səylərə hörmətsizlik göstərərək xanımı Mehriban Əliyevə və digər rəsmiləri ilə Artsax Respublikasının işğalında olan Hadrut rayonunu ziyarət etdi.
İşğal altında olan ərazilərə səfər ərzində İlham Əliyev özünü müşayiət edən məmurlara işğal olunmuş ərazilərdəki kilsələrin və abidələrin divarlarından orta əsrlərə aid erməni yazılarını silməyi tapşırdı. Belə rəsmi səfərlər Azərbaycanın ermənilərə qarşı nifrətinin və militarist siyasətinin, eləcə də gələcək agresiv planlarının təcəssümüdür”,- deyə bəyanatda qeyd olunur.
XİN bəyanatında bildilir ki, Arstax Respublikası Azərbaycan tərəfindən dövlət səviyyəsində keçirilən mədəniyyət terror faktlarını, hərbi işğal altında olan ərazilərdə erməni mədəni irsinin məhvini dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Bu soyqırım siyasəti insanlığa qarşı cinayətdir, beynəlxalq normaları, müqavilələri, qətnamələri, razılaşmaları kobud şəkildə pozur. Bütün bunlar mədəni dünyaya təhdiddir.
Artasx Respublikasının Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətierməni mədəni irsinin məhvinə qarşı addımlar atmağa və Azərbaycanın soyqırım siyasətini pisləməyə çağırıb.