Bu gün Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə telefon danışığı aparıb.
Ermənistan Respublikasının baş naziri bir daha həmkarını baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu məsuliyyətli missiyanı yerinə yetirməsində uğurlar arzulyıb.
Tərəflər əlaqələrin zəngin gündəliyindəki bütün məsələlərdə irəliləmək, əməkdaşlığı genişləndirmək üçün iki ölkə arasında yüksək səviyyəli təmasları davam etdirməyə qarşılıqlı hazır olduqlarını bildiriblər.