Ermənistanın Xarici İşlər Nazirliyi Arstax Respublikasının işğal olunmuş ərazilərində Azərbaycan tərəfinin beynəlxalq humanitar və insan haqlarının davamlı pozuntuları barədə bəyanat yaydı.
“Son günlərdə Azərbaycanın prezidenti İlham Əliyev Artsax Respublikasının işğal olunmuş ərazilərini, xüsusən, Hadrut rayonu və Şuşi şəhərini ziyarət etdi. Bu ərazilər Türkiyənin birbaşa himayəsində olan silahlı terrorçuların iştirakı ilə Azərbaycanın həyata keçirdiyi təcavüz nəticəsində Azərbaycanın nəzarətinə keçiblər. Müharibə ərzində Azərbaycan silahlı qüvvələri beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq artsaxlı ermənilərə qarşı kütləvi vəhşiliklər, o cümlədən etnik təmizləmə və hərbi cinayətlər törətdi.
Azərbaycan tərəfindən Hadrut rayonunun işğalı ərzində minlərlə on minlərlə sakini olan çiçəklənmiş yaşayış məntəqələri boşaldıldı və bir çox mülki şəxs öldürüldü.
Beynəlxalq ictimaiyyət, o cümlədə BMT-ninİnsan Hüquqları üzrə Ali Komissarı və “Human Rights Watch” təşkilatı Hadrut rayonunda mülki şəxslərə qarşı qeyri-insani rəftar ilə Cenevra konvensiyasının pozulmasına dair öz mövqelərini bildiriblər.
Azərbaycan prezidentinin Hadrut rayonunda səfəri ərzində bəyanatları göstərirlər ki, onlar erməni yaşayış məntəqlərini məhv etmək və bunların yerinə Azərbaycan yaşayış məntəqələri yaratmaq niyyətindədirlər, bu isə 2020-ci ilin noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatının müddəalarını pozur. Bəyanata əsasən, köçkünlər doğma yerlərinə qayıtmalıdır. Bu onu da göstərir ki, Artsax ermənilər Azərbaycanın nəzarəti altında yaşaya bilmirlər.
Bundan başqa, Azərbaycan etnik təmizləmə siyasiəti çərçivəsində Arstaxın erməni mədəni irsinin məhvi və mənimsəməsi üçün addımlar atır”- deyə bəyanatda qeyd olunur.
XİN bəyanatında Hadrut rayonun Tsakuri kəndindəki 17-ci əsrə aid olan erməni kilsənin Azərbaycan tərəfindən alban kilsəsi kim təqdim edilməsinə də toxunulub.
“Maraqlıdır ki, yayılan videoda sözügedən kilsəartıq vandalizmə məruz qalıb, kilsədən dini rəmz dini rəmzlər silindi.
Bu konteksdı Şuşidəki “Kanaç jam” (Müqqədəs Hovhannes Mkrtiç) kilsəsinin məhv edilməsinin faktları da narahatedicidir. Diqqətə layiqdir ki, kilsə hərbi əməliyyatlardan aylar sonra məhv edilib.
Bütün bu faktlar göstərirlər ki, Azərbaycanın ölkənin xristian tarixi və mədəni irsini qoruyacağına və UNESCO ilə əməkdaşlığa hazır olduğuna dair verdiyi zəmanətlər tamamilə yalandır.
Artsax mülki yaşayış məntəqələrinin, mədəni irsinin məhvi, erməni əhalisinin məhvi və bunun əvəzinə Azərbaycan yaşayış məntəqələrinin yaradılması üzərində qurulan “sülh” uzun müddətli və davamlı ola bilməz. Beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıqla ədalətli və ləyaqətli sülh üçün mübarizəmizi davam etdirəcəyik”,- deyə bəyanatda qeyd olunur.