Birləşmiş Ştatlar və Avropa, Avropa Birliyinin Ankara ilə yaxınlaşan zirvədə gərgin münasibətləri müzakirə etməsi ərəfəsində Türkiyə hökuməti tərəfindən kürdpərəst “Xalqların Demokratik Partiyası”nın fəaliyyətinin qadağan edilməsini ciddi şəkildə tənqid edib. Bu barədə “Reuters” məlumat yayıb.
Türkiyə Konstitusiya Məhkəməsinə müxalif “Xalqların Demokratik Partiyası”nın fəaliyyətlərini qadağan etmək üçün müraciət təqdim olunub.
Bu hərəkəti qətiyyətlə qınayan AB rəsmiləri təəccüblənirlər və bütün bunlardan sonra AB-Türkiyə münasibətlərində Türkiyənin nə gözlədiyini anlamağa çalışırlar.
Son vaxtlar müxalif “Xalqların Demokratik Partiyası” Türkiyədə sıx təzyiq altındadır.
Xatırladaq ki, erməni siyasətçi Karo Paylan kürdpərəst "Xalq Demokratik Partiyası"nın üzvüdür və partiyanın fəaliyyətinin dayandırılması həm də ona qarşı yönəldilir.