Ermənistanda son sutkada daha 1 024 nəfər COVID-19-a yoluxub, 273 nəfər sağalıb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 181 165-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 3 301-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 848 nəfərdir. İndiyədək 167 186 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 9 830 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 788 953 test aparılıb.