ER baş naziri Nikol Paşinyan “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Gagik Tsarukyan ilə görüşüb. Bu barədə ER baş naziri öz “Facebook” səhifəsində yazıb.
“Görüş zamanı mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun növbədənkənar parlament seçkiləri olduğunu qeyd etdik.
Ermənistan Respublikasının prezidenti, “Mənim addımım” fraksiyası, “Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan ilə müzakirələri nəzərə alaraq, cari ilin iyunun 20-də Ermənistan Respublikasında növbədənkənar parlament seçkiləri keçiriləcək”- deyə Nikol Paşinyan yazıb.