Azərbaycan öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə baxmayaraq, Dağlıq Qarabağa humanitar girişə maneə törədir.
Bu barədə ER Xarici işlər nazirinin müavini Artak Apitonyan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) sabit inkişafa həsr olunmuş regional forumunda etdiyi çıxışında qeyd etdi.
“Azərbaycan BMT-nin humanitar yardım missiyaları da daxil olmaqla, Dağlıq Qarabağa humanitar missiyaların girişinə maneə törədir. Bu, Artsaxda epidemiyanın yayılmasının qarşısını almağa və nəticələrini aradan qaldırmağa mənfi təsir edir”- Apitonyan qeyd etdi.
O, Azərbaycanın yürütdüyü bu siyasətin BMT-nın Təhlükəsizlik Şurasının qəbul etdiyi 2565 saylı qətnaməsinə zidd olduğunu da bildirib. Qətnamədə qeyd olunur ki, humanitar və tibbi heyətlərin münaqişə zonalarına girişi təmin olunmalıdır.