“Ahvalnews” xəbər verir ki, Kanada İcmalar Palatasının Xarici işlər və beynəlxalq inkişaf daimi komitəsi tərəfindən yayımlanan son sənədlər göstərir ki, Türkiyə Azərbaycan üçün nəzərdə tutulmuş WESCAM avadanlığı üçün müraciət edib.
Parlament komitəsinə təqdim olunan sənədlərdə 2020-ci ildə hava zərbələri üçün Kanada istehsalı olan texnikanın necə Ermənistan-Azərbaycan münaqişəsi zamanı DQ-da olduğunu təqdim edilib və avadanlığın son istehlakçısı kimi Azərbaycan Hərbi hava qüvvələri göstərilib.
Kanada keçən may ayında “L3Harris Wescam” istehsalı olan 7 ədəd “MX-15D” avia zərbə kompleksinin Türkiyəyə ixracına icazə verdi. Bunlar Türkiyənin PUA istehsalçısı "Baykar" üçün nəzərdə tutulmuşdu.
Artsaxda Türkiyə pilotsuz təyyarələrinin ermənilərə qarşı istifadə edildiyi sübut edildikdən sonra Kanada, pilotsuz aparatların çətin texnologiyasının Türkiyəyə ixracını ləğv etdi.
Keçən ilin oktyabr ayında ER baş naziri Nikol Paşinyan, Müdafiə Nazirliyi səlahiyyətliləri Dağlıq Qarabağdakı müharibə zamanı zədələnmiş Türkiyə PUA-larında Kanada istehsalı olan yüksək texnoloji hissələri tapıldığını söylədikdə, bütün ölkələri Türkiyəyə hərbi texnoloji ixracatını dayandırmağa çağırdı.
Erməni rəsmilər bildirir ki, “Bayraktar TB2” kəşfiyyat və hücum pilotsuz uçan aparatı Ontarionun Burlington şəhərindəki “L3 Harris WESCAM” şirkəti tərəfindən istehsal olunan kamera və hədəf sistemi ilə təmin olunur.